Ermənilər dini abidəmizi murdarladı – Foto

0
145

Ermənistan hakim dairələrinin birbaşa göstərişi ilə Azərbaycanın maddi mədəniyyət nümunələrinə vandalizm aktları davam edir.Budəfəki vandalizm aktı işğal altındakı Xocavənd rayonunda yerləşən Ktişvəng monastırına qarşı olub.

Eramızın VIII əsrində Alban hökmdarları tərəfindən inşa edilən monastır kompleks uzun illər boyu intensiv erməniləşdirmə siyasətinə məruz qalıb.

Son illər isə Qarabağdakı qondarma rejim rəhbərliyi İrəvanın göstərişi ilə monastırı baxımsız buraxaraq, onun murdarlanmasına rəvac veriblər.