DAMM İB, SİMIB İdarə Heyətlərinə yeni təyinat…

0
1145

Təyinata əsasən Prezidentin fərdi təqaüdçüsü, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, Əməkdar jurnalist, Azərbaycan Televiziyasının “Ədəbi-dram verilişlərinin” baş redaktoru Flora Xəlilzadə baş katib təyin edildi.
Azərbaycan Televiziyası ” Ədəbi dram verilişləri” baş redaktorunun müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Yasəmən Hacıyeva Sabitlik və İnkişaf Mərkəzi İctimai Birliyinin sədr müavini vəzifəsinə təyin edildi.
Zoom vasitəsilə keçirilən onlayn təqdimatda DAMMİB Prezidenti, dünya şöhrətli dedektiv yazar hüquq elmləri doktoru Çingiz Abdullayev Flora Xəlilzadə və Yasəmən Haciyevaya öz təbriklərini bildirdi.

İctimai Nəzarət Koalisiyası – Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyi, “Sabitlik və İnkişaf” Mərkəzi İctimai Birliyi, onların yaradıcı kollektivləri durmadan işləyir, çalışır, yeni intellektual-kreativ məhsullarını tarixin yaddaşı üçün hazırlayırlar: əsas hədəfimiz milli-mənəvi dəyərləri yaşatmaq, mədəni sərvətlərimizi zənginləşdirmək, gənc istedadları üzə çıxarmaq, yaradıcı gənclərin bacarıqlarını inkişaf etdirməklə onların peşəkarlaşmasına stimul verməkdir…