Daha iki şirkət koronavirus vaksininin sınaqlarına başlayır

0
218

Böyük Britaniyanın GSK və Fransanın “Sanofi” əczaçılıq şirkətləri koronavirus vaksininin kliniki sınaqlarına başladıqlarını elan edib.

Sınaqlar çərçivəsində ABŞ-ın 11 şəhərində 440 nəfər peyvəndlənəcək.

Şirkətlər sınaqların nəticələrinin dekabr ayınadək məlum olacağını bildirib. Bu nəticələr uğurlu olacağı təqdirdə ilin sonunadək sınaqların növbəti mərhələsi başlayacaq.

Qeyd edək ki, hazırda dünyada 20-yə yaxın şirkət vaksin sınaqlarını keçirir.