Daha 3 terrorçu tәhlükәsizlik qüvvәlәrinә tәslim oldu

0
883

Türkiyәnin Şırnak şәhәrindә 3 terrorçu da tәhlükәsizlik qüvvәlәrinә tәslim olub.

Bu barәdә Daxili İşlәr Nazirliyindәn verilәn mәlumatda bildirilib.

Terrorçuların altı il әvvәl terror tәşkilatının sıralarına qoşulduğu vә әn son İraqda fәaliyyәt göstәrdiyi vurğulanıb.

Nazirlikdәn bildirilib ki, bu ilin әvvәlindәn etibarәn tәhlükәsizlik qüvvәlәrinә tәslim olan terrorçuların sayı 144-ә yüksәlib.