COVID-19-un əlamətlərini aşkar edən sensor yaratdılar

0
119

Sinqapurlu alimlər COVID-19 infeksiyasının əlamətlərini aşkar edə bilən xüsusi sensor sistem hazırlayıblar.

“Sözügedən sensor istənilən maskanın içinə qoyula bilər.

Mütəxəssislər sensorların bədənin istiliyi, qanın oksigenlə doyması (doyma), qan təzyiqi və ürək döyüntüsü haqqında məlumat toplamağa imkan verən xüsusi “izləmə sistemi” yaradıblar. Bu göstəricilərə əsasən, koronavirusa yoluxma barədə nəticə əldə etmək mümkündür.

Alimlərin fikrincə, sensorların quraşdırıldığı material çevik və suya davamlıdır. Eyni zamanda, daxili “Bluetooth” siqnal ötürücüyə malikdir, bununla da məlumatları smartfon tətbiqinə göndərmək olar.

Çiplə təchiz olunmuş maska ​​yuyulub yenidən istifadə edilə bilər.

COVID-19 olan xəstələrin göstəricilərini uzaqdan izləmək üçün xəstəxanalarda “ağıllı maskalar” istifadə edilə bilər.