Bakıda avtobuslarda sərnişin sıxlığı acınacaqlı vəziyyət yaratdı: Nə sosial məsafə var, nə maska – FOTO

0
442

Bakıda avtobuslarda sərnişin sıxlığı yenidən artıb.

Bununla bağlı fotolar sosial şəbəkələrdə paylaşılıb.

Müvafiq olaraq iki istiqamət üzrə metrostansiyaların çıxışına hərəkət edən “M1” və “M2” sərnişin avtobuslarında vəziyyət acınacaqlıdır.

Fotolardan da göründüyü kimi sərnişinlər arasında sosial məsafəyə riayət olunmur.

Bəzi sərnişinlərin isə ümumiyyətlə tibb maskası yoxdur.