Bakı-Quba yolu təmir olunur

0
47

Bakı-Quba yolunda cari təmir işlərinə başlanılıb.

Bu barədə  açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

O bildirib ki, artıq əraziyə texnikalar cəlb edilib:

“Bakı-Quba yolunda zərurət olduqca cari təmir işləri aparılır, yolun dağılmış hissələri bərpa edilir. Artıq bu il də yolda təmirə ehtiyac olan ərazilərdə işlər başlanılıb. Yolun bir hissəsi dağıldığı üçün həmin ərazilər bərpa edilir”.

A.Nəcəfli əlavə edib ki, yolda təmir işləri maksimum hərəkətə mane olmamaqla həyata keçirilir. Yolun dağılmış hissələri sökülərək həmin yerlərə asfalt örtük vurulacaq.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here