Azərbaycanda tanınmış musiqiçi oğlu tərəfindən qətlə yetirildi – YENİLƏNİB + VİDEO

0
309

İlkin ehtimala görə, tanınmış gitara ifaçısı Nofəl Süleymanov 17 yaşlı oğlu tərəfindən ehtiyatsızlıqdan ov tüfəngindən açılan atəş nəticəsində ölüb.

Bununla bağlı hüquq-mühafizə orqanlarından məlumat verilib.

Hadisə Bakının Nizami rayonunda bu gün günorta saatlarında baş verib.

Hadisə yerinə istintaq-əməliyyat qrupunun üzvləri cəlb olunub.

14:44

Tanınmış gitara ifaçısı Nofəl Süleymanov yaşadığı mənzildə oğlu tərəfindən ov tüfəngi ilə vurularaq qətlə yetirilib.

Bu barədə aşıq Mübariz Camaloğlu məlumat verib.

İlkin məlumata görə, hadisə ehtiyatsızlıq səbəbindən baş verib.