Azərbaycanda koronavirusa ən çox yoluxma harada qeydə alınıb? – RƏSMİ

0
166

Azərbaycanda COVID-19-a yoluxmanın yayılmasına görə Bakı şəhəri ilk yerdədir.

Belə ki, ölkə üzrə koronavirus testi müsbət olan şəxslərin 56,2 faizi paytaxtda yaşayır. Yoluxmaların 15,6%-i isə Abşeron rayonunun payına düşür.

Aparılan statistikaya əsasən, siyahıda koronavirusa yoluxanların 10,3%-i Aran zonasında, 6,4%-i Gəncə-Qazax bölgəsində, 4,3%-i Lənkəran rayonunda, 2,0%-i Quba-Xaçmaz, 1,7%-i Şəki-Zaqatala, 1,6%-i Dağlıq Şirvan, 1%-i Yuxarı Qarabağda qeydə alınıb.

Koronavirusa yoluxanların 0,04%-i isə Naxçıvanda yaşayanlardır.

Qeyd edək ki, koronavirusa yoluxanların 0,7%-ni ölkə xaricindən gələnlər təşkil edir.