Azərbaycanda 1 milyondan çox ağac əkiləcək

0
33

Payız mövsümündə 507 hektar ərazidə bir milyondan çox ağacın əkilməsi nəzərdə tutulur. Bununla yanaşı, 10 min hektara yaxın ərazidə meşəbərpa tədbirlərinin həyata keçirilməsi planlaşdırılır.

Bunu Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi Feysbuk səhifəsində canlı yayımlanan “Ekspert saatı”nda deyib.

N.Xıdırovun sözlərinə görə, meşəbərpa tədbirləri zamanı əsasən meşəcinsli ağacların – palıd, cökə, fıstıq ağaclarının toxumu payızda tədarük olunur və meşələrin açıq sahələrinə, talalara, seyrək hissələrə səpilir. Bu da gələcəkdə minlərlə ağacın əmələ gəlməsinə şərait yaradır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here