Avropalı diplomat gizli məlumatları Çinə satdı

0
40

Avropa Birliyi (AB) – Asiya Mərkəzi düşüncə mərkəzinə rəhbərlik edən keçmiş ingilis diplomat Freyzer Kameronla bağlı ortaya iddia atılıb.

Mİ6-da işləyən ingilis diplomat özünü Brüsseldə jurnalist kimi təqdim etdikləri iddia edilən iki Çin agentinə AB ilə bağlı məlumatları verməkdə şübhəli bilinir.

Adının çəkilməsini istəməyən siyasətçi Kameronun Pekinə çox yaxın olduğunu bildirib.

Belçika təhlükəsizlik xidmətləri tərəfindən sabiq diplomatın Çinin Dövlət Təhlükəsizlik Nazirliyi və Çin ordusunda çalışdığı deyilən çinli jurnalistlərlə əlaqəsi olması ittihamıyla istintaq başladılıb.

Kameron isə Çindən aldığı yeganə vəsaitin Çin-Avropa əlaqələrini inkişaf etdirmək üçün bu ölkənin Avropa Birliyinə verdiyi kiçik illik qrant olduğunu bildirib.

Ona qarşı sürülən ittihamların əsassız olduğunu vurğulayır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here