Atatürk Parkında budanan ağaclar quruyub? – YENİLƏNİB + FOTO

0
41

“Atatürk Parkında ağaclar təbii şəkildə quruyub, bunun budama prosesi ilə əlaqəsi yoxdur”.

Bu sözləri məsələ ilə bağlı  açıqlamasında Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyib.

O bildirib ki, parkın sağ və sol cinahlarındakı ağaclar qovaq cinsinə aiddir və qoca olduqları üçün quruyublar:

“Ağaclar öz veqetasiya dövrünü başa vurub və tam təbii şəkildə quruyub. Biz budama, cavanlaşma işləri aparmaqla onların bioloji inkişafını bərpa etmək istədik. Təəssüf ki, ağacların bioloji inkişafı bərpa olmadı. Ağacların üzərindən cavanlaşma prosesi mövsümündə və aqrar texniki qaydalara uyğun formada aparılıb. Suvarma təmin olunub. Bu halda payız mövsümündə həmin ağacların yeniləri ilə əvəzlənməsi nəzərdə tutulub”.

10:48

Atatürk prospektindəki parkda budanan ağaclar quruyub.

Bu barədə sosial şəbəkədə fotolar paylaşılıb. Vətəndaş qeyd edir ki, parkda abadlıq işləri adı ilə böyük ağaclar budanıb:

“Bura Atatürk Parkıdır. Ağaclar budandıqdan sonra hamısı qurudu, küsdü sanki. Bəlkə də 100-ə yaxın ağac bax bu vəziyyətdədir. Yay mövsümündə ağac budanması normaldırmı?”

Həmin fotoları təqdim edirik:

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here