ABŞ-da təyyarə qəzası: Ölənlər var

0
130

ABŞ-da “Navion” yüngül mühərrikli təyyarə Los-Anceles aeroportu yaxınlığındakı avtomobil dayanacağının ərazisində qəzaya uğrayıb.

Təyyarə yerə çırpılandan dərhal sonra yanmağa başlayıb.

Nəticədə iki nəfər həlak olub.

ABŞ Federal Aviasiya İdarəsi və Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının nümayəndələri qəzanın istintaqını aparır.