2023-cü ilə qədər trans yağların istifadəsindən tamamilə imtina edilə bilər

0
154

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2023-cü ilə qədər qida məhsullarında trans yağlardan istifadəni ləğv etməyi planlaşdırır.  Bu niyyət Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus tərəfindən yayılmış bəyanatda da təsdiqini tapır.

ÜST-ün Cenevrədə yayımlanan hesabatında qeyd olunur ki, sənayedə istehsal olunan trans yağlarının istifadəsi nəticəsində hər il təxminən 500 min insan ürək-damar xəstəliklərindən vəfat edir.

Bu səbəbdən təşkilat 58 dövlətin 2021-ci ilin sonunadək 3,2 milyard insanı bu zərərli maddələrdən qoruyacaq qanunlar qəbul etməyə hazırlaşmasını müsbət qiymətləndirir.

Eyni zamanda, 100-dən çox ölkə qidaların hazırlanmasında trans yağlardan istifadəni aradan qaldırmaq üçün təşəbbüs göstərməlidir.

ÜST-dən verilən açıqlamaya əsasən, hələ ki, adambaşına düşən gəliri yüksək olan ölkələr trans yağların istifadəsini azaltmağa cəhd göstərir.