Ərzaq qiymətləri bahalaşacaq – VİDEO

0
58

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının yayımladığı hesabata əsasən, qlobal ərzaq qiymətləri və dolların zəifləməsi səbəbindən ərzaq bahalaşmağa davam edir.

Dünyada ərzaq bahalaşması Azərbaycanda qiymətlərə necə təsir edəcək?

Dünyanı cənginə alan COVID-19 bir sıra sahələrə mənfi təsir göstərdi və bu qiymətlərdə də öz əksini tapdı.

Belə ki, Dünyada ərzaq qiymətləri ümumilikdə 5 faiz bahalaşıb. Bitki yağları, şəkər və süd məhsullarının qiymətləri nisbətən artıb, bununla da qlobal taxıl məhsullarının qiymətləri illik rekord göstəricisinə çatmağa davam edir.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının yayımladığı hesabata əsasən, qlobal ərzaq qiymətləri, güclü tələbin və dolların zəifləməsi səbəbindən ardıcıl olaraq üçüncü aydır ki,  artmaqda davam edib. Həmçinin ərzaq qiymətlərinin bahalaşmağının səbəblərindən biri də pandemiyadır.

Qeyd edək ki, Azərbaycan dünyada bahalaşan ərzaq məhsullarını idxal edirsə, bu bizim bazarda da qiymətlərə təsirsiz ötüşməyəcək. Çünki idxal olunan malların qiymətləri qalxan kimi bu özünü yerli bazarlarda da göstərəcək.

Ətraflı Baku Tv-nin süjetini təqdim edirik:

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here