Əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün sığorta stajı azaldıldı – FƏRMAN

0
89

Dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün sığorta stajı üç ildən bir ilədək azaldılıb.

Bu barədə Prezident İlham Əliyev “İşsizlikdən sığorta haqqında” qanuna dəyişikliklə bağlı fərman imzalayıb.

Dəyişikliklə işsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı bir il sığorta stajı olan əmək qabiliyyətli şəxslərə həmin qanunun 16-cı maddəsində nəzərdə tutulan minimum sığorta ödənişi məbləğində vəsait ödəniləcək.

Qanunun 16-cı maddəsində isə yazılıb ki, minimum sığorta ödənişi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum aylıq əməkhaqqı məbləğinə bərabər tutulur.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here