Əliyevin düşmənə sərt mesajı Misirdə gündəm oldu

0
134

Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi mühüm açıqlamalar Misir mətbuatının da diqqət mərkəzindədir.

Misirin “Asyaelyoum” informasiya agentliyi və “Aldiplomasy” nəşri dövlətimizin başçısının müsahibəsinə geniş yer ayırıb, oxuculara Prezident İlham Əliyevin Ermənistanın təcavüzkar siyasəti haqqında fikirləri çatdırılıb.

Qeyd olunur ki, Cənubi Qafqaz regionunda vəziyyətdən danışan Prezident İlham Əliyev təcavüzkar Ermənistanın avantürist siyasətinə qarşı kəskin fikirlər səsləndirib. Diqqətə çatdırılır ki, Ermənistanın Sevr müqaviləsini canlandırmaq istəyini sərt şəkildə qınayan Azərbaycanın dövlət başçısı deyib: “Ağlı başında olan hər bir tarixçi, siyasətçi qətiyyən buna imkan verməz. Amma onların Azərbaycana və Türkiyəyə, bizim xalqımıza olan nifrəti, o irrasional düşüncəni, necə deyərlər, təhlükəli məcraya istiqamətləndirir”.

Ermənistanın işğal etdiyi ərazilərdə qanunsuz məskunlaşdırma aparması, təcavüzkar ölkənin cəfəng şərtlər irəli sürərək münaqişənin həlli üzrə danışıqlar prosesini pozması, hərbi təxribatların davam edəcəyi təqdirdə işğalçılara daha sərt cavab veriləcəyi barədə Azərbaycan Prezidentinin fikirləri Misir ictimaiyyətinə çatdırılıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here