Əlilliyi olan şəxslərin metroda qarşılaşdıqları problemlər nə vaxt həll ediləcək? – VİDEO

0
94

Günümüzdə əlil arabasına təhkim edilmiş şəxslər ictimai nəqliyyatdan istifadə edən zaman xeyli problemlərlə üzləşir.

Bəzi metro keçidlərində əlil arabaları üçün xüsusi panduslar quraşdırılıb, qatarların bir çoxunda cəmiyyətin bu hissəsi üçün yer ayrılıb.

Ancaq metrostansiyalarına düşmək üçün istifadə edilən pilləkənlərdə pandusların olmaması əlil arabasında olan şəxslərin metrodan istifadə istəklərini ürəklərində qoyur.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, metrolarda əlillər üçün pandusların salınması, gediş-gəliş hissəsinin düzəldilməsi metronun yenidən tikilməsi qədər çətin prosesdir. Onun sözlərinə görə, yeni inşa olunan metrostansiyalarda əlil arabasının daşınması üçün müvafiq liftlər fəaliyyət göstərəcək.

Görünür əlil arabasından istifadə edənlər sovet dövründə tikilən metrolarda panduslardan heç vaxt istifadə edə bilməyəcəklər. Yeni metrostansiyalarda isə qoyulacaq liftləri hələ bir müddət də gözləməli olacaqlar.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here