Yeni tədris ili nə vaxt başlayacaq? Nazir açıqladı – Video

0
238

Təhsil Nazirliyi yeni tədris ilinin başlanması ilə bağlı brifinq keçirib.

Brifinqdə Təhsil naziri Emin Əmrullayev də iştirak edib.

Nazir bildirib ki, 15 sentyabrdan tədris ili başlayacaq.

İbtidai siniflər 15 sentyabrdan həftədə 2-3 gün olmaqla əyani təhsilə cəlb olunacaq.

5-9-cu siniflər 15 sentyabrdan onlayn, 1 oktyabrdan isə həftədə 2-3 gün olmaqla əyani təhsil ala biləcək.

10-11-ci siniflər isə 15 oktyabrdan təhsilini həftədə 2-3 gün olmaqla əyani davam etdirəcək.

Daha ətraflı videoda: