Yeni Alyansın iddialı yaranışı – BƏYANAT

0
289

Vətəndaş Cəmiyyəti Alyansının yaranması haqqında

BƏYANAT

Dünyada gedən proseslər, eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının, eləcə də I Vitse-Prezidentimiz Mehriban xanım Əliyevanın apardığı yeni siyasi-dövlətçilik islahatları, Avropayönlü demokratik-mədəni, sivil-intellektual cəmiyyət quruculuğu proseslərində fəal iştirakımızı təsdiqləmək, post-pandemiya dövrünə dair son zamanlardakı çağırışlarına cavab olaraq bir qurup vətəndaş cəmiyyəti təsisatı – Vətəndaş Cəmiyyəti Alyansı yaratdığını bəyan edir.

27 avqust 2020-ci il tarixində ictimai sektorda fərqli baxışlar sərgiləyən bir qrup QHT liderləri və ənənəvi KİV -TV və mətbuat orqanlarının rəhbərləri, yeni media, İnternet resursları, portallar, saytlar, bloqlar, sosial şəbəkə səhifələri, qrupları, profilləri, Youtube və İnstagram, TikTok və Tvviter resursları, sosial media səhifələrinin sahiblərinin iştirak etdiyi onlayn görüş zamanı Vətəndaş Cəmiyyəti Alyansı yaratmağı qərara aldılar.

Karantindən sonra real təsis konfransı və ictimai təqdimatı keçiriləcək VCA Təşkilat Komitəsi yaradılıb və tanınmış ictimai xadim, YYSİB sədri Aydın Xan Əbilovun rəhbərliyi altında 27 avqust 2020-ci il tarixindən etibarən, fəaliyyət planına uyğun olaraq, işinə başlayıb. Təşkilat Komitəsinin üzvləri aşağıdakı QHT və KİV – yeni media rəhbərlərindən ibarətdir: Aydın Xan Əbilov, Almaz Zeynalova, Ramal Əliyev, Oqtay Əliyev (Ərgünəş), Gülayə Rzayeva, Rövşən Novruzoğlu, Qəni Camalzadə, İman İmanlı, Məhəmməd Məmmədov, Murad Hüseynov, Güllər Bəhramova, Cəmilə Çiçək (İsbəndiyarova), Hidayət Əbilli, Ülvi İlqar, Nizami Sıxcanov.

VCA Təşkilat Komitəsi bəyan edib ki, platformada qeydiyyatdan keçmiş və dövlət qeydiyyatına alınması üçün sənədlərini Ədliyyə Nazirliyinə təqdim etmiş vətəndaş cəmiyyəti təsisatları, eləcə də qeyri-formal qruplarını öz sıralarında birləşdirilməsini nəzərdə tutur. Azərbaycan Respublikasında vətəndaş cəmiyyətinin, III sektor, QHT-lərin, KİV, İnternet, yeni media, sosial şəbəkəlik, bloqqerlik, youtuberlik, vaynerlik, tiktokerlik kimi alternativ medi, eləcə də milli diaspor hərəkatının və meydan sənəti kimi sahələrin qarşılaşdıqları problemlərin həlli ətrafında fəaliyyətləri əhatələməyi nəzərdə tutan VCA geniş cəmiyyət üçün açıq elan edilir.

Vətəndaş Cəmiyyəti Alyansı yaratdığını bəyan edən təsisatlar aşağıdakı qurumlardır və qoşulmaq üçün siyahı açıq elan edilir:

1) Yeni Yazralar və Sənətçilər İctimai Birliyi.
2) Şəhid Ailələrinə Sosial Dəstək İctimai Birliyi.
3) Yenimedia.net – Analitik Sosial Media Portalı.
4) Kitabxana.net – Milli Virtual-Elektron Kitabxana resursu və portalı.
5) Yeni Media TV.
6) Kreativ Ədəbiyyatçılar Klubu.
7) Elmler.kitabxana.net.
8) YYSQ.kitabxana.net.
9) “Qayğı və Himayə” Xeyriyyə Fondu.
10) Kreativ Yaradıcı Gənclər Klubu.
11) TV-lərin Analiz Qrupu
12) Qarabağ Araşdırmalar Mərkəzi.
13) Gənclərə Psixoloji Dayaq və Xidmət Mərkəzi.
14) “Kreativ Gənclər” Xaricdə Təhsil Alan Azərbaycanlı Tələbələrə Yardım İctimai Birliyi.
15) www.facebook.com/groups/kitabxana – Feysbuk resursu
16) Anti-korrupsiya və Beynəlxalq Terrora Qarşı Strateji Araşdırmalar Mərkəzi
17) Hüquqşünas Yazarlar Mərkəzi İB
18) “Mir Cəlal” Vətənçilər Hərəkatı
19) “Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyi
20) “Milli Zəka” jurnalı
21) “Zəka işığında” saytı – www.zekaishiginda.az
22) “Kimlik” jurnalı
23) www.firuza.net ədəbi saytı
24) Azərbaycan Kreativ-Geosiyasi İnnovasiyalar Mərkəzi
25) “Mars” jurnalı
26) “Yurd” Jurnalı
27) Nəsimi Ədəbi Məclisi
28) “Ədəbi Körpü” İnternet dərgisi.
29) “Ərgünəş” Nəşriyyat-Poliqrafiya Birliyi.
30) Region TV.

İstənilən sağlam mövqeyli qurum və KİV VCA-na üzv ola bilər və bununla əlaqədar Təşkilat Komitəsinə real və onlayn müraciət etmək mümkündür.

Əlaqə üçün e-mail: yenimedianet@gmail.com , xanaydin@gmail.com

Əlaqə üçün telefon nömrələri: +994502134043, +994702134043

Vətəndaş Cəmiyyəti Alyansının Təşkilat Komitəsi

Azərbaycan, Bakı şəhəri,
27 avqust 2020-ci il.