YAP-da növbədənkənar qurultay keçirilə bilər? – AÇIQLAMA

0
266

Bu il Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultayı keçirilə bilər.

Bu barədə Report-a partiyadakı mənbə bildirib.

“YAP-ın növbədənkənar qurultayının keçirilməsi istisna edilmir. Hazırda bu məsələ partiyanın müzakirə mövzusudur”, – məlumatda qeyd edilib.

Qeyd edək ki, YAP-ın VI qurultayı 2018-ci ilin fevralın 8-də keçirilib.