Xızıda dağlıq ərazidə yanğın – VİDEO

0
207

Xızıda dağlıq ərazidə yanğın başlayıb.Hadisə rayonun Qarabulaq və Dizəvər kəndlərinin ərazisinndə baş verib.

Qısa zamanda yanğın geniş əraziyə yayılıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin iki helikopteri cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.