Türkiyədə karantin qaydaları: İstanbul siyahıda yoxdur

0
214

Türkiyədə yeni növ koronavirus (COVİD-19) pandemiyasına qarşı aparılan çoxistiqamətli mübarizə tədbirləri çərçivəsində bəzi vilayətlər üzrə xüsusi karantin qaydaları müəyyən olunub.

Avqustun 26-dan etibarən Ankara, Adana, Ağrı, Bursa, Çorum, Diyarbəkir, Ərzurum, Qaziantep, Kayseri, Konya, Mardin, Şanlıurfa, Van və Yozqat daxil olmaqla, 14 vilayətdə sünnət, nişan və xınayaxdı mərasimlərinin keçirilməsinə icazə verilməyəcək.

Toy mərasimləri bir saat olacaq. Gəlin və bəyin birinci və ikinci nəsildən olan doğmaları istisna olmaqla, 65 yaşdan yuxarı və 15 yaşdan aşağı təbəqənin təmsilçilərinə toyda iştirak qadağan ediləcək. Rəqslər, o cümlədən yallı çəkilməsi, açıq şəkildə yeməklərdən istifadəyə icazə verilməyəcək. Bu qaydaları pozan tərəflərə pul cərimələri kəsiləcək.