Türkiyə nəhəngi millimizin sabiq məşqçisi ilə maraqlanır

0
511

Futbol üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki Türkiyə nəhəngi “Trabzonspor”u çalışdıra bilər.

Tərəflər arasında ilkin danışıqlar zamanı razılıq əldə olunduğu bildirilib.

Məlumata görə, xorvatiyalı mütəxəssis Qara dəniz təmsilçisindən illik 1 milyon avro maaş istəyib. Hələ ki? rəsmi müqavilənin imzalanmadığı qeyd edilir.

Qeyd edək ki, R.Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisini çalışdırıb.