Trampdan şok: Bu, dəhşətli hücumdur, hansısa bomba…

0
492

Bu sözləri ABŞ Prezidenti Donald Tramp Beyrutda baş verən güclü partlayışla bağlı deyib.

O bildirib ki, çoxlu insan həlak olub, yüzlərlə yaralı var:

“Biz qurbanlar üçün dua edirik. ABŞ Livana yardım etməyə hazırdır”.

Tramp Livanın rəsmi versiyasının əleyhinə olaraq bunu hücum adlandırmasına da aydınlıq gətirib:

“Mən bir neçə məşhur generalla bu barədə danışdım. Onlar da Beyrutdakı partlayışı hücum hesab edir. Bu hansısa bombadır”