Şirvanda yataqxanada yanğın olub, iki azyaşlı ölüb

0
238

Şirvan şəhərində yataqxanada yanğın baş verib.

Hadisə H.Əliyev prospekti, 1 ünvanında yerləşən yataqxanada qeydə alınıb.

Hadisəyə səbəb mənzillərdən birində divanın yanması olub. Evdə olan iki yaşlı Araz Pünhan oğlu Vəliyev və 5 yaşlı Eldar Pünhan oğlu Vəliyev tüstüdən boğularaq ölüblər.

Azyaşlıların meyitləri müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Şirvan Prokurorluğunda araşdırma aparılır.