Rusiyanın müdafiə naziri Azərbaycana gəlib

0
364

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Azərbaycana işgüzar səfərə gəlib.

Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, general “Dəniz Kuboku” yarışının açılış mərasimində iştirak edəcək.

Bildirilir ki, səfər zamanı S.Şoyqu Azərbaycan Müdafiə Nazirliyinin rəhbəri Zakir Həsənovla görüşəcək və Prezident İlham Əliyev tərəfindən qəbul ediləcək.

Altıncı dəfədir keçirilən beynəlxalq “Dəniz Kuboku” yarışmasına Azərbaycan dördüncü dəfə ev sahibliyi edir.