Rayonlarda evi olanların gediş-gəlişinə icazə verilə bilər? – RƏSMİ

0
464

Regionlarda mülkiyyəti olan vətəndaşların regionlara gediş-gəlişinə icazə ilə bağlı istisna hal yoxdur.

Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, insanlar bu barədə ərazi üzrə dövlət qurumlarının xidmətlərindən yararlana bilər:

“Hər hansı bir təhlükə olarsa, polis orqanlarına, FHN-ə müraciət edə bilərlər. Əminəm ki, bu istiqamətdə vətəndaşlara lazımi kömək göstəriləcək”.