Ramiz Mehdiyevin nəvələri də cərimələndi – Foto

0
496

Xəbər verdiyimiz kimi, AMEA prezidenti Ramiz Mehdiyevin karantin vaxtı nəvəsinə toy etməsinə görə 20-dən çox şəxs cərimələnib.Cərimələnənlər arasında Ramiz Mehdiyevin iki nəvəsi də var.

Onlar Kənan Əliyev və Fərid Mehdiyevdir. Hər iki şəxs 200 manat məbləğində cərimə edilib. Kənan Əliyev Ramiz Mehdiyevin inzibati qaydada 15 sutka cəza alan kürəkəni İlham Əliyevin oğludur.

Qeyd edək ki, sabiq deputat İlham Əliyevin qudası da inzibati qaydada 15 sutka həbs cəzası alıb.