Qəlbində azərbaycançılıq məfkurəsi kök salan şair

0
811

Xətai Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 95 illiyi münasibətilə videoslayd tərtib edib.
MKS-dən  bildiriblər ki, videoslaydda Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığından, onunla bağlı xatirələrdən, görkəmli şairin kitablarından və Şəkidəki ev-muzeyindən bəhs olunub.
Azərbaycan çağdaş poeziyasının fəlsəfi fikir tarixində özünəməxsus ideoloji xəttə malik müdrik şəxsiyyət, Xalq şairi Bəxtiyar Vahabzadə əsrlər üçün əhəmiyyət kəsb edə biləcək əsərlərin müəllifi kimi yaddaşlarda iz salıb. Xalq şairi çoxşaxəli yaradıcılığı ilə Azərbaycan ədəbiyyatının inkişafına mühüm töhfələr verən, bu istiqamətdə müstəsna xidmətləri olan tanınmış sənətkarlardandır. Onu haqlı olaraq çağdaş milli şeirimizin klassiki adlandırırlar. Azərbaycan şeirinin son yarıməsirlik tarixi təkamül prosesini Bəxtiyar Vahabzadə yaradıcılığı olmadan təsəvvür etmək mümkün deyil.
Videoslaydı aşağıdakı keçid vasitəsilə izləmək olar: https://www.instagram.com/tv/CD8EkYLhWGL/?igshid=cqn861ql74nb