Prezident 2 yeni icra başçısı təyin etdi

0
437

Prezident İlham Əliyev F.A.Qürbətovun Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.Sərəncamın mətnini təqdim edirik:

Faiq Akif oğlu Qürbətov Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.

***

Prezident İlham Əliyev E.M.Bağırovun Saatlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Elmir Məmməd oğlu Bağırov Saatlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin