Peşə təhsili müəssisələrinə sənəd qəbulu başa çatır

0
196

Bu gün 2020-2021-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə qəbul olunanların sənəd qəbulu başa çatır.

Təshil Nazirliyindən verilən məlumata görə, tələbələr qəbul olunduqları təhsil müəssisəsinə aşağıdakı sənədləri təqdim etməlidirlər:

attestatın əsli;

sağlamlıq və fiziki inkişafı özündə əks etdirən müvafiq formalı tibbi arayış;

sistemdən (şəxsi kabinetdə) avtomatik çıxarılan ərizə nümunəsi;

şəxsiyyət vəsiqəsinin surəti;

3 x 4 sm ölçüdə dörd ədəd fotoşəkil;

hərbi bilet və ya çağırışçı şəhadətnaməsi;

güzəştli şərtlərlə qəbul edilən şəxslər üçün müvafiq təsdiqedici sənəd.

Müsabiqədə uğurlu nəticə göstərən şəxsin qəbul olunduğu peşə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.