Moldovanın nüfuzlu informasiya portalı Birinci vitse-prezident Mehriban Əliyeva barədə məqalə yayıb

0
181

Moldovanın nüfuzlu “Tribuna” informasiya portalı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva barədə məqalə yayıb.

“Vətəninə və xalqına xidmət Birinci vitse-prezident Mehriban Əliyevanın həyat amalıdır” sərlövhəli məqaləsi əsasında hazırlanan yazıda Azərbaycanın birinci xanımının fəaliyyətinin kökündə mənsub olduğu xalqa sevginin dayandığı bildirilir. Vurğulanır ki, Mehriban Əliyeva Azərbaycanın ən böyük təəssübkeşlərindən biri, xalqının xoşbəxt gələcəyinə hesablanan bir çox layihələrin müəllifidir.

Birinci xanım Mehriban Əliyevanın 2004-cü ildə UNESCO-nun, 2006-cı ildə ICESCO-nun xoşməramlı səfiri seçilməsinin Azərbaycan mədəniyyəti üçün tarixi nailiyyət, əlamətdar hadisələr olduğu qeyd edilən yazıda onun himayəsi ilə mədəni irsin qorunması, mədəniyyətlərarası dialoqun təşviqi, təhsilin inkişafı və digər sahələrdə mühüm layihələr həyata keçirildiyi diqqətə çatdırılır. Vurğulanır ki, xoşməramlı səfir kimi o, Azərbaycan tarixini, mədəni irsini, həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq istiqamətində yorulmaz fəaliyyət göstərir. Mehriban Əliyevanın fəaliyyəti təkcə milli-mənəvi dəyərlərin, Azərbaycanın mənəvi və qeyri-maddi irsinin dünya miqyasında təbliğinə deyil, eyni zamanda, sivil dünyada sülh, sabitlik, sivilizasiyalararası dialoq, multikulturalizm kimi bəşəri ideyaların reallaşdırılmasına, bu sahələrdə səylərin birləşdirilməsinə yönəlib. Birinci xanımın yüksək təşkilatçılıq bacarığı sayəsində Azərbaycanın nüfuzlu tədbirlərə uğurla ev sahibliyi etməsi ölkənin reallıqlarının təbliği baxımından mühüm əhəmiyyətə malikdir.