Maştağada yerləşən Qum hamamının bərpası nəzərdə tutulur

0
452

Bir müddət öncə Maştağa qəsəbəsində yerləşən tarixi Qum hamamında təmizlik işlərinə başlanılıb. Abidə məişət tullantılarından və çirkab sulardan təmizlənib.

Bunu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli bildirib.

Onun sözlərinə görə, hamamın bərpa-konservasiya olunması məsələsi də gündəmdədir:

“Aparılan təmizlik işləri yaxın günlərdə yekunlaşacaq və tarixi abidənin ətrafı dəmir torlarla hasarlanacaq. Qeyd edim ki, tarixi abidə əvvəllər də bir neçə dəfə zibildən təmizlənmişdi, ətrafda yaşayan sakinlərə abidəni zibillədiklərinə görə məsuliyyət daşıdıqları barədə xəbərdarlıq olunmuşdu. Bu vaxta qədər sakinlər yaxınlıqda zibil qutularının olmamasından şikayət edirdilər.

Artıq həmin əraziyə yaxın yerdə zibil yeşikləri də qoyulub”.