“Liverpul”un kapitanını pərt edən “Çelsi”nin “talisman”ı altıncı liqadan olan klubla müqavilə bağlayıb – VİDEO

0
185

“Liverpul”un kapitanı Stiven Cerrardla zarafatı ilə sosial şəbəkələrin fenomeninə çevrilən uşaq yəqin ki, hamının yadındadır. Bu hadisədən 15 il sonra Ceyk Nikless İngiltərənin altıncı liqası “Billerikey Taun”la müqavilə bağlayıb.

Xatırladaq ki, sözügedən hadisə 2006-cı ildə “Çelsi” “Liverpul”u “Stemford Bric” meydanında qəbul edərkən yaşanmışdı. Belə ki, meydana yollanarkən balaca Ceyk Nikless rəqib komandanın kapitanı Cerrardın adını çəkərək ona əl uzadır. Futbolçu onunla əl tutuşmaq istədikdə isə, o, əlini burnuna qoyaraq dəcəllik edir.