İsveçdə “Qurani-Kərim”in yandırılmasından sonra iğtişaşlar başlayıb – VİDEO

0
707

İsveçin Malmö şəhərində “Qurani-Kərim”in yandırılmasına etiraz olaraq aksiyalar keçirilib.

Qeyd olunur ki, İsveçin “Sərt yol” partiyasının üzvləri Malmö şəhərinin Rusenqord əyalətində Skandinaviya ölkələrində İslam dininin yayılmasına etiraz olaraq “Qurani-Kərim” kitabını yandırıblar.

Təxribatçı hərəkətlərdən qəzəblənən 300-ə yaxın Malmö sakini şəhərin iki əsas küçəsindəki avtomobil yolunu bağlayaraq müqəddəs kitaba hörmətsizlik edən şəxslərin cəzalandırılmasını tələb ediblər.

Polisin aksiyaya müdaxiləsi nəticəsində etirazçılar ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma yaranıb.