İdmançılarımız Ukraynada qızıl medal qazandılar – FOTO

0
252

Ukraynada 180 iştirakçı arasında triatlon üzrə “Triatman Iron” turniri keçirilib.

İştirakçılar qalib olmaq üçün turnirdə 1900 metr məsafəyə üzməli, 90 km velosiped sürməli və 21 km qaçmalı olub.

Bu yarışda triatlon millimizin ukraynalı legionerləri – Rostislav Pevtsov və Kseniya Levkovskaya da iştirak edib. Hər ikisi qızıl medal qazanıb.