Hindistanda rekord yoluxma: Bir gündə 76 min insan…

0
295

Hindistanda gün ərzində koronavirusa rekord sayda yoluxma faktı qeydə alınıb.

Son sutka ərzində ölkədə 76 min 665 nəfər COVİD-19 virusuna yoluxub.

Beləliklə, Hindistanda koronaya yoluxanların ümumi sayı 3 milyon 461 mini ötüb.

Qeyd edək ki, gün ərzində ölkədə 1019 nəfərin bu virusdan ölməsi faktı qeydə alınıb və bununla da ümumi rəqəm 62 min 713-ə çatıb.