Ermənistan ordusu əsgərinin müalicəyə göndərilməsi üçün onun ailəsindən rüşvət tələb olunur

0
171

Azərbaycanın işğal edilmiş yaşayış məntəqələrinin birində yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində xidmət edən əsgər oynaqlarında problem olmasına və çətinliklə yeriməsinə baxmayaraq müalicəyə göndərilmir.
Hərbi qulluqçu Hrant Minasyanın oynaqlarında kəskin ağrılar olduğundan yeriməkdə çətinlik çəkir. Hərbi hissənin həkimi bildirib ki, oynaqlarındakı patologiya səbəbindən H.Minasyan hərəkət etdikcə onun “sümükləri yeyilir”. Bu da onun ayaqlarında funksional pozuntuya səbəb olur.
Ermənistan ordusunun hərbi qulluqçusu təcili əməliyyat edilməli olsa da, hərbi hissə komandanlığı onun müalicəyə göndərilməsini gecikdirir.
Mənbənin iddiasına görə, H.Minasyanın valideynlərindən rüşvət tələb olunub. Onların isə həmin məbləği ödəməyə gücləri çatmadığından əsgərin hospitala göndərilməsi bilərəkdən gecikdirilir.