Daha bir klubumuz iştirak ərizəsini UEFA-ya göndərdi

0
251

Bakının “Keşlə” futbol klubu Avropa Liqasının birinci təsnifat mərhələsində Albaniyanın “Laçi” komandası ilə keçirəcəyi oyun üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Heyətdə qapıçılar – Stanislav Namaşko, Kamal Bayramov, Əkbər Vəliyev, müdafiəçilər – Tural Axundov, Şəhriyar Əliyev, Ruslan Əmircanov, Miyusko Bojoviç, Tərlan Quliyev, Azər Salahlı, İlkin Qırtımov, Artur Batista de Souza, yarımmüdafiəçilər – Rəhman Hacıyev, Cavid İmamverdiyev, Vüsal İsgəndərli, Con Kamara, Dmitro Klyots, Rafael Məhərrəmli, Şahruh Qadoyev, Turan Vəlizadə, Seymur Əsədov, hücumçular – Aleksandr Kristovao və Silvio Junior yer alıblar.

Qeyd edək ki, avqustun 27-də ASK Arena” stadionunda keçiriləcək “Keşlə”-“Laçi” oyunu saat 21:00-da başlayacaq.

***

UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində “Sumqayıt” futbol klubu “Şkendiya” qarşılaşacaq. Artıq klubun iştirak ərizəsi bəlli olub.

“Sumqayıt” FK-nın mətbuat xidmətindən bildirilib ki, “gənclik şəhəri” təmsilçisi Şimali Makedoniyanın “Şkendiya” klubu ilə matça 22 oyunçu sifariş edib.

Qapıçılar: 1.Mehdi Cənnətov, 13.Aydın Bayramov, 71.Hüseynəli Quliyev;

Müdafiəçilər: 3.Vurğun Hüseynov, 4.Kərəm Sultanov, 5.Camaləddin Xocaniyazov, 7.Tellur Mütəllimov, 14.Elvin Bədəlov, 30.Nəbi Məmmədov, 33.Eltun Turabov;

Yarımmüdafiəçilər: 6.Vüqar Mustafayev, 8.Səbuhi Abdullazadə, 10.Rəhim Sadıqov, 17.Murad Xaçayev, 18.Süleyman Əhmədov, 21.Adəm Həmati, 60.Elvin Məmmədov, 88.Cavid Quliyev, 97.Xəyal Nəcəfov;

Hücumçular: 9.Əli Qurbani, 19.Nurlan Quliyev, 20.Rüfət Abdullazadə.

Qeyd edək ki, matç Sumqayıtdakı “Kapital Bank Arena” stadionunda avqustun 27-də saat 20:00 başlayacaq.