Cəlilabadda meşə yanıb

0
237

Cəlilabad rayonunun Fətullaqışlaq kəndi yaxınlığında meşə ərazisində 0,5 ha sahədə kol-kos, quru ot və qurumuş ağaclar yanıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, meşənin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.