Bu gün Çempionlar Liqasının qalibi bəlli olacaq – VİDEO

0
259

Bu gün UEFA Çempionlar Liqasının (ÇL) final matçı baş tutacaq.

Finalda Fransanın PSJ klubu ilə Almaniyanın “Bavariya”sı qarşı-qarşıya gələcək. İtaliyalı Daniele Orsatonun idarəyə edəcəyi matç Portuqaliyanın “Estadio da Luş” stadionunda Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

PSJ tarixində ilk dəfə Çempionlar Liqasının finalına vəsiqə qazanıb. “Bavariya” isə beş dəfə bu turnirin qalibi olub.

23 avqust

Çempionlar Liqası, final

23:00 PSJ (Fransa) – “Bavariya” (Almaniya) 

Baş hakim: Daniele Orsato (İtaliya)

“Estadio da Luş” stadionu.