Beyrutdakı partlayışda ölənlərin sayı 70-i keçdi, minlərlə yaralı var – YENİLƏNİB+FOTO/VİDEO

0
676

Livanın paytaxtı Beyrutdakı partlayışlar zamanı 73 nəfər həlak olub.

Bu barədə ölkənin Səhiyyə naziri Hamad Hasan açıqlama verib.

O bildirib ki, partlayışlar zamanı 3,7 mindən çox insan xəsarət alıb.

00:07

Livanda baş vermiş güclü partlayış nəticəsində ölənlərin sayı 50 nəfəri keçib.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, üç min nəfərə yaxın insan da xəsarət alıb.

Ölənlərin arasında tibb işçiləri və həkimlər də var. Artıq paytxatdakı bütün xəstəxanalar dolub.

Yaralılar yaxınlıqdakı bölgələrin xəstəxanalarına aparılır.

23:11

Livanın paytaxtı Beyrutda baş vermiş partlayışda ölənlərin sayı 30 nəfərə çatıb.

Bu barədə  ölkənin Səhiyyə Nazirliyi xəbər yayıb.

Bildirilib ki, hadisə nəticəsində üç minə yaxın insan da yaralanıb.

Livanın “Al-Kataib” partiyasının baş katibi Nizar Nacaryan Beyrutda baş vermiş partlayış nəticəsində ölüb.

Bir qədər əvvəl telekanal Nacaryanın ağır yaralandığını və huşsuz vəziyyətdə olduğunu bildirmişdi.

Qeyd edək ki, Livanın baş naziri Hassan Diyab baş vermiş güclü partlayışla əlaqədar çərşənbə günü matəm elan edib.

21:42

Beyrutdakı şiddətli partlayışda ən az 10 nəfər həlak olub.

Bildirilib ki, hadisə nəticəsində yüzlərlə insan yaralanıb. Onlarla ev, bina, avtomobil zərər görüb.

Ölənlərin sayının artacağı istisna olunmur.

19:49

Livanın paytaxtı Beyrutda liman yaxınlığında dəhşətli partlayış olub.

Partlayış Beyrut limanının 12-ci blokunda baş verib.

Partlayış pirotexniki vasitələr saxlanılan anbarda olub.

Partlayışın o qədər güclü olub ki, onun təsirindən hətta bir neçə kilometrdəki evlərə də ziyan dəyib.

Sözügedən partlama anının görüntülərini təqdim edirik.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here