Bakıda yol polisinə ittiham: “Tıxac yaranır, polislər istirahət edir” – VİDEO

0
274

Xətai rayonu ərazisində sürücülər yollarda yaranan tıxacdan şikayət edir.

Bu barədə videogörüntülər sosial şəbəkədə paylaşılıb. Görüntüdə Afiyəddin Cəlilov və Yusif Səfərov kücələrinin kəsişməsində işıqforun “yaşıl” işığı göstərməsinə baxmayaraq sürücülər hərəkət edə bilmədiklərini deyirlər.

Paylaşım edən şəxs qeyd edib ki, ərazidə olan inspektor yolda yaranan tıxacı aradan qaldıra bilmədiklərini deyib:

“Cavanşir körpüsünün qarşısı hər gün bu vəziyyətdədir. Yol ayrıcında tıxac yaranır, yol bizim olsa da hərəkət edə bilmirik. Ərazidə iki YPX inspektoru olsa da nəqliyyatın hərəkətinə baxan yoxdur. İnspektora müraciət edirəm ki, buranı tənzimləsin, deyir necə tənzimləyim? 25 gündür ki işığforun problemi barədə məlumat vermişəm, məktub yazmışam. Amma nəticə yoxdur”

Həmin görüntüləri təqdim edirik: