Azərbaycanda daha bir nəfər koronavirusdan öldü: 148 yeni yoluxma – FOTO

0
522

Azərbaycanda koronavirus infeksiyasına 148 yeni yoluxma faktı qeydə alınıb, 91 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış bir nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 66791 test aparılıb.

Aktiv xəstə sayı isə 1904 nəfərdir.