Azərbaycanda koronavirusa yoluxma sayı 200-dən aşağı düşdü: Üç nəfər öldü – FOTO/VİDEO

0
760

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 193 yeni yoluxma faktı qeydə alınıb, 492 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış üç nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 33 103 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 28 840 nəfər müalicə olunaraq sağalıb, 476 nəfər vəfat edib, aktiv xəstə sayı 3 787 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 883, ötən müddət ərzində isə ümumilikdə 759 129 test aparılıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here