Alimlər neandertalların güclü əzələsinin müasir insana irsən keçmədiyinin səbəbini açıqlayıblar

0
310

Neandertalların və Denis insanlarının, demək olar, bütün genləri, o cümlədən DNT-nin güclü əzələyə aid hissəsi təkamülün ümumi trayektoriyası ilə “bir araya sığmaması” səbəbindən insan genomundan yoxa çıxıb. ABŞ alimlərinin gəldiyi bu qənaət “Nature Ecology & Evolution” jurnalında dərc edilib.

Tədqiqatçıların fikrincə, kromanyonlarla arxaik insanların bir-biri ilə kifayət qədər tez-tez çox yaxın təmasda olmasına baxmayaraq, neandertalların və Denis insanlarının gen variasiyaları insan genomunun ən mühüm sahələrindən silinib. Bu proses başlıca olaraq DNT-nin o requlyator elementlərinə toxunub ki, onlar Homonun üç növünün əcdadlarının ayrılmasından sonra yaranıb.

Uzun müddət hesab olunub ki, müasir insanları, Denis insanlarını və neandertalları heç nə birləşdirmir. 2009 və 2010-cu illərdə alimlər son “Homo neanderthalensis” və “Homo altaiensis” növlərin genlərini bərpa edərək müəyyənləşdiriblər ki, Afrika sakinləri istisna olmaqla, müasir insanların əksəriyyətinin DNT-də 2-3 faiz neandertal və 2-4 faiz Denis insanı geni var.

Bundan başqa, son kəşflər göstərib ki, müvafiq yaxın təmaslar bir dəfə deyil, bir neçə dəfə baş verib. Məsələn, Denis mağarasında neandertallarla Denis insanları arasındakı “hibrid”in qalıqları tapılıb. Buna görə də alimlər müasir insanların genomunda neandertalların və Denis insanlarının izlərinin nisbətən az qalması barədə düşünüblər. Eyni zamanda, insanın zahiri görkəminə təsir edən gendə, demək olar ki, həmin izdən heç nə yoxdur.

Vaşinqton Universitetinin (ABŞ) dosenti Kelli Harrisin rəhbərliyi ilə təkamülçülər və genetiklər bu “itkinin” səbəbini izah ediblər. Alimlər qədim hominidlərdən qalmış genin özünü deyil, enhanserləri tədqiq ediblər. Müəyyən genlərin qarşısında yerləşən, DNT-nin bu qısa hissəsinə genetik materialı “eşələyən” və fermentlərin diqqətini cəlb edən zülal qoşula bilər. Enhanserlərdə mutasiyalar bütöv gen zəncirlərinin, onların strukturunda hər hansı dəyişikliyin olmamasına rəğmən, fəaliyyətini dayandıra və ya fəallığını kəskin azalda bilər.

Kelli Harris və onun həmkarlarını neandertallardan irsən keçmiş DNT-nin müvafiq sahələrinə nə dərəcədə tez-tez rast gəlindiyi, onlarda mutasiyaların toplanma xarakterinin insan üçün unikal olan və ya Homo cinsinin bütün nümayəndələr üçün ümumi olan genomun analoji hissəsinin dəyişməsindən fərqlənib-fərqlənmədiyi maraqlandırırdı. Alimlər bu yolla, genomda təsadüfi baş verən mutasiyanı istiqamətlənmiş təkamülün təsirindən ayırmağa ümid edirdilər. Bu, genin və ya enhanserin bu və ya digər variasiyasının onun daşıyıcılarının sağ qalması üçün nə dərəcədə faydalı olması ilə əlaqədardır.

Gözlənilmədən məlum olub ki, yeni variasiyaları neandertallar ümumi təkamül ağacından ayrılandan sonra onların genomunda meydana gələn “gənc” enhanserlər daha çox yerləşdirirdi. Bundan başqa, bu cür “gənc” enhanserlərə daha az rast gəlinirdi. Bu, artıq kromanyonların əcdadlarında meydana gəlmiş təmiz insan enhanserləri, habelə Homo cinsinin bütün nümayəndələrində olan gen fəallığının ən qədim tənzimləyiciləri üçün səciyyəvi deyildi.

Xüsusən bu proses əzələnin inkişafı və ya insanın digər fiziki xarakteri ilə bağlı enhanserlərə güclü təsir edib, ya da böyük miqdarda genləri idarə edib. Tədqiqatçıların fikrincə, insan genomunda neandertal DNT-nin qalıqları üçün təbii seçimin bu xarakteri onunla bağlıdır ki, təbii seçim “Homo sapiens” və “Homo neanderthalensis” növlərə fərqli təsir edib və onlar təkamül trayektoriyası nəticəsində son dərəcə ayrılıblar.

Nəticədə onların genomlarında toplanan xırda mutasiyalar gen daşıyıcılarının – şimal “Homo neanderthalensis” və cənub “Homo sapiens” növlərin yaşadığı şəraitdə sağ qalması üçün uyğun idi. Yaxın təmas nəticəsində enhanserlərdə bu variasiyaların bir hissəsi dəyişib, bu səbəbdən də bütün genlərin işi pozulub.

Məsələn, neandertalların buzlaq dövründə sağ qalması üçün vacib olan güclü əzələ ilə bağlı variasiyalar, görünür ki, qidanı başqa yolla əldə edən və digər şəraitdə yaşayan kromanyonların həyatına mənfi təsir edib. Maraqlıdır ki, bu cür proseslər DNT-nin beyinin işi ilə bağlı hissələrindən başqa, bütün genlərə təsir edib. Alimlərin hesablamaları göstərir ki, bu genlərin neandertal versiyaları onlarda böyük miqdarda təhlükəli mutasiya səbəbindən yox olub. Müasir insanların DNT-də bəzən rast gəlinən müvafiq enhanser variasiyalarının çoxunu şizofreniyanın, autizmin yaranması və beyinin fəaliyyətində digər pozulmalarla əlaqələndirirlər ki, bu da qeyd olunan fikri təsdiqləyir. Onların tədqiqi kromanyonların “qonşularının” ölüm səbəbini müəyyənləşdirməyə kömək edə bilər.