Vəsiyyət yazandan sonra itkin düşmüş merin meyiti tapıldı – YENİLƏNİB

0
231

Cənubi Koreyanın paytaxtı Seul şəhərinin itkin düşmüş meri Pak Von Sunun meyiti tapılıb.

Bu barədə Çinin CGTN telekanalı məlumat yayıb.

Xatırladaq ki, merin itkin düşməsi barədə polisə onun qızı məlumat vermişdi.

O qeyd etmişdi ki, atası bir neçə saat əvvəl evdən çıxıb və vəsiyyətnaməyə bənzər bir qeyd yazıb.

Merin axtarışına pilotsuz uçuş aparatları cəlb edilmişdi.

Pak Von Sunun ölümünün səbəbləri açıqlanmayıb.

15:17

Cənubi Koreyanın paytaxtı Seul şəhərinin meri Pak Von Sunun itkin düşməsi ilə bağlı məlumatlardan sonra polis onun axtarışlarına başlayıb.

Polisə merin yoxa çıxması ilə bağlı onun qızı müraciət edib.

O bildirib ki, atası bir neçə saat əvvəl evdən çıxıb və vəsiyyətnaməyə bənzər bir qeyd yazıb.

Əlavə olunur ki, mer telefon zənglərinə cavab vermir.