Türkiyənin bu bölgələrini sel vurdu

0
211

Əlverişsiz hava şəraiti Türkiyənin bəzi bölgələrində yenə də güclü sel və daşqınlar yaradıb.

Güclü sel Trabzon vilayətinin Yomra, Sürmene, Köprübaşı və Maçka rayonlarında böyük fəsadlar yaradıb. Bölgədə inşa olunan su anbarının tikinti aparılan hissəsini qəflətən su basıb. Burada çalışan 15 işçi çətinliklə xilas olub. Kəndləri və yaylaq yollarını lil basıb. Təbii fəlakət bölgəsinə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) xilasedici və bərpa briqadaları cəlb olunub.

Bir gün əvvəl isə Bolu vilayətinə yumurta irilikdə dolu yağıb. Əkin sahələri və meyvə bağları ciddi zərər çəkib.

Əlverişsiz hava şəraitinin davam edəcəyi gözlənilir.