TƏBİB sədri media nümayəndələrinin koronavirusa yoluxmasından danışdı

0
562

“Son günlər, təəssüf ki, media nümayəndələri arasında da yoluxmalar aşkarlanıb”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

R.Bayramlının sözlərinə görə, KİV təmsilçiləri də pandemiya dövründə çox fəal olub və dövlət orqanlarına həyata keçirilən tədbirlərdə yaxından kömək ediblər.

Eyni zamanda, TƏBİB-in İdarə Heyətinin sədri xəstəliyi testlə yoxlanılan şəxslərin birbaşa müalicəyə cəlb edildiyini bildirib:

“Lakin təəssüf ki, simptomsuz şəkildə yoluxan şəxslər var ki, bu, riskli məqamdır. Onlarla ünsiyyətdə olan şəxslər də özlərini qorumalıdırlar”.